14.09.2017

Məktəbəhazırlıq qruplarında dərs deyəcək müəllimlərin sertifikatlaşdırma imtahanı keçirilib

Sentyabr ayının 14-də Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu tərəfindən Gəncə şəhər 22 nömrəli tam orta məktəbdə Göygöl, Samux, Gəncə və Goranboy rayonları üzrə 2017-2018-ci tədris ilində məktəbəhazırlıq qruplarında dərs deyəcək ibtidai sinif müəllimlərinin sertifikatlaşdırma imtahanı həyata keçirilib.

İmtahanda Göygöl rayon ümumi təhsil məktəbləri üzrə 30 ibtidai sinif müəllimi iştirak edib. 40 dəqiqə davam edən imtahanda uğurlu nəticə əldə etmiş müəllimlərə müvafiq sertifikatlar verilməsi nəzərdə tutulub.

Məlumat üçün bildirək ki, Göygöl rayon ümumi təhsil məktəbləri üzrə 2017-2018-ci tədris ilində məktəbəhazırlıq qruplarında 587 şagirdin qeydiyyatı aparılıb.