25.09.2017

"Əlaçı" televiziya layihəsinin seçim mərhələsi keçirilib

        Sentyabrın 23-də "Əlaçı" televiziya layihəsində iştirak edəcək şagirdlər üçün seçim mərhələsi keçirilib. Seçim mərhələsi Göygöl, Tovuz, Qazax, Ağstafa, Şəmkir, Gədəbəy, Kəlbəcər, Daşkəsən, Samux, rayonları və Gəncə şəhərini əhatə edir.  Gəncə şəhər 44 nömrəli tam orta məktəbdə keçirilən seçim mərhələsində Göygöl rayon ümumtəhsil məktəblərindən 30 şagird iştirak edib.

 "Əlaçı" televiziya layihəsinin 5-ci mövsümünün iştirakçılarını seçmək üçün keçirilən bu mərhələdə bütün rayonların hər birindən ən yüksək nəticə göstərən şagirdlər növbəti mərhələdə iştirak edəcəkdir.