28.09.2017

"Sülh aylığı" çərçivəsində tədbirlər davam edir

Göygöl şəhər Texniki və Təbiət Fənləri Təmayüllü liseydə “Sülh aylığı” çərçivəsində tədbir keçirilib. Tədbirdə Göygöl Rayon prokurorluğunun, Rayon İcra Hakimiyyətinin və Təhsil Şöbəsinin əməkdaşları,  məktəbin pedaqoji kollektivi və şagirdlər iştirak ediblər.

Tədbir Dövlət himninin səsləndirilməsi ilə açıq elan edilib. Göygöl Rayon prokurorluğunun köməkçisi Asəf Şahniyarlı bildirdi ki, sülh bəşəri rəmzə çevrilərək insanların arzu etdiyi və can atdığı bütün müsbət keyfiyyətləri özündə birləşdirən fundamental bir məfhumdur. Ona görə də dünya ölkələrinin yekdil qərarı ilə BMT 1981-ci ildə 21 sentyabrın Beynəlxalq Sülh Günü kimi qeyd olunması barədə qərar qəbul etmişdir. Ümumtəhsil məktəblərində belə tədbirlərin keçirilməsində əsas məqsəd şagirdləri sülhə, tolerantlığa çağırmaq, onların dünyagörüşünün inkişaf etdirilməsindən ibarətdir.

Tədbirin digər iştirakçıları da Sülh aylığı ilə bağlı şagirdləri məlumatlandırıb onların suallarını cavablandırıblar.