02.10.2017

“Narkomaniya ümumbəşəri bəladır” mövzusunda maarifləndirici tədbir keçirilib

Göygöl rayon Üçtəpə kənd tam orta məktəbdə “Narkomaniya ümumbəşəri bəladır” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə Göygöl Rayon Polis Şöbəsinin, Rayon Təhsil Şöbəsi və İcra Hakimiyyətinin nümayəndələri, həmçinin məktəbin şagird və müəllim kollektivi iştirak edib.

Tədbir Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Tədbirdə bildirib ki, davamlı olaraq keçirilən belə maarifləndirici tədbirlər gənclər arasında sağlam həyat tərzinin təbliği işini daha da yaxşılaşdırmaq, gənclərdə narkomanlığın fəsadları haqqında düzgün təsəvvürlər formalaşdırmaq, radikal dini təriqətlərə meyillərin artmasının qarşısını almaq, habelə erkən nikahın yaratdığı problemlər barədə gəncləri daha geniş məlumatlandırmaq məqsədi daşıyır.

Sonda şagirdləri maraqlandıran suallara aydınlıq gətirilib və tədbir iştirakçılarına “Narkomaniyaya Yox Deyək” adlı videoçarx nümayiş etdirilib.