02.10.2017

Xocavənd rayonunun işğal günü ilə bağlı tədbir keçirilib

Oktyabrın 2-də Göygöl rayon Rafiq Məmmədov adına Qızılca Stansiya kənd tam orta məktədə Xocavənd rayonunun işğal günü ilə bağlı tədbir keçirilib.

Tədbirin keçirilməsində məqsəd şagirdlərdə milli vətənpərvərlik hisslərinin inkişaf etdirilməsi və onlarda torpaqlarımızın işğalı barədə fikir formalaşdırmaqdan ibarətdir.

Tədbirdə çıxış edən məktəbin direktoru Fəxrəddin Abbasov bildirib ki, 1992-ci il oktyabrın 2-də Xocavənd rayonun Əmirallar, Muğanlı və Kuropatkin kəndləri, 1993-cü il iyulun 23-də Günəşli, avqustun 20-də Xətai kəndləri Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilərək yandırılıb. Öz ata-baba torpaqları uğrunda düşmənə qarşı mərdliklə vuruşan xocavəndlilərdən 145 nəfər şəhid olub. Bu ədalətsiz müharibədə rayon sakinlərindən 300 nəfərdən çoxu sağlamlığını itirərək əlil olub, 243 uşaq valideynlərindən birini, 3 uşaq hər iki valideynini, 68 qadın həyat yoldaşını itirib. Azərbaycan tarixinin qanlı səhifələrini siz şagirdlərə çatdırmaq, sizin inkişafınızda və özünüzü təkmilləşdirməyinizdə keçmişimizin də rolu olması çox vacibdir.

Tədbirin davamında şagirdərin ifasında müxtəlif ədəbi-bədii kompozisiyalar göstərilib, şeir parçaları ifa olunub.