03.10.2017

Məktəbəhazırlıq qruplarında məşğələlər başlanılıb

Göygöl rayonunda 19 məktəbdə 31 məktəbəhazırlıq qrupu təşkil olunub. Məktəbəhazırlıq qruplarında rayon üzrə 591 şagird təhsil alacağı gözlənilir. 

Dərsləri ixtisası ibtidai sinif müəllimliyi olan, müəyyən iş təcrübəsinə malik, Göygöl Rayon Təhsil Şöbəsi tərəfindən keçirilən kurslardan müvəffəqiyyətlə keçmiş müəllimlər həyata keçirir.

         Məktəbəhazırlıq qruplarının 2017-2018-ci dərs ilinə aid tədris planına əsasən, məşğələlər həftədə 4 gün (12 saat) keçirilir. Bu qruplarda  bir gün ərzində 3 məşğələ tədris olunur. Bir məşğələnin müddəti 30 dəqiqə, məşğələlərarası fasilə 10 dəqiqə müəyyən edilir. Beşyaşlılara il ərzində 7 fənn - ətraf aləmlə tanışlıq, savad təliminə hazırlıq və nitq inkişafı, bədii təfəkkürün inkişafı, məntiqi və riyazi təfəkkürün inkişafı, təsviri fəaliyyət, musiqi və fiziki mədəniyyət fənnləri tədris ediləcək.