04.10.2017

Təhsil Şöbəsinin növbəti görüşü keçirilib

Göygöl Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə Gənclər və İdman İdarəsində rayon ümumtəhsil məktəblərinin təşkilati və tərbiyə işləri üzrə direktor müavinləri, Uşaq Birliyi Rəhbərləri və psixoloqların iclası keçirilib.

Görüşün keçirilməsində məqsəd yeni tədris ilində görülməli olan işlər barədə tədbir iştirakçılarını məlumatlandırmaq, tədbirlərin keyfiyyətinin yüksəldilməsi, məktəblərin aktivliyinin artırılması barədə təkliflər verilməsindən ibarətdir.

İclasda həmçinin bildirilib ki, şagirdlərin meyl və maraqlarının inkişaf etdirilməsi onların potensialının yüksəldilməsi üçün mütəmadi olaraq tədbirlərin keçirilməsi vacib məsələlərdən biridir. Sonda tədbir iştirakçılarının sualları Metodik Mərkəzin nümayəndələri tərəfindən cavablandırılıb.