05.10.2017

5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib

Göygöl şəhər 6 nömrəli tam orta məktəbdə 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib.

Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə açıq elan olunan tədbirdə Rayon Təhsil Şöbəsinin əməkdaşları, məktəbin pedaqoji kollektivi və şagirdlər iştirak edib.

Tədbirin keçirilməsində məqsəd müəllim və şagirdlər arasında mənəvi bağlılığı artırmaq, şagirdlərin potensialını inkişaf etdirmək və müəllim-şagird münasibətlərinin ifadə formalarını irəli çəkməkdən ibarətdir.

Tədbirdə müəllim adının ucalığı, necə qürur verici bir peşə olması, gələcəyimizin qurucusu olmasından, söhbət açılaraq bütün müəllim kollektivi və qonaqlar təbrik edilib. Şagirdlərin ifasında “ Bənövşə”, “Çoban” rəqsi, “Dərslərinə yaxşı çalış” səhnəciyi nümayiş etdirilib, müxtəlif şeir və mahnı parçaları səsləndirilib.