05.10.2017

Göygöl rayonunda Beynəlxalq Müəllimlər Günü ilə əlaqədar silsilə tədbirlər davam edir

Göygöl rayon ümumtəhsil məktəblərində 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə silsilə tədbirlər həyata keçirilib.

Qızılca Stansiya, Firuzabad, Mollacəlilli, Qızılca və Qırıxlı kənd tam orta məktəblərində keçirilən tədbirlərdə şagirdlərin ifasında müxtəlif şeir və mahnı parçaları ifa olunub, səhnəciklər nümayiş etdirilib.

Tədbirlərdə həmçinin bildirilib ki, ölkə başçısı cənab İlham Əliyevin diqqəti sayəsində təhsil islahatları uğurla davam edir. Məktəblərin əsaslı təmiri və yenidən qurulması ilə bağlı nəzərdə tutulmuş tədbirlər, ilk növbədə, şagirdlərin yüksək səviyyədə təhsil almaları, onların elmin sirlərinə daha dərindən yiyələnmələri üçün hərtərəfli imkanlar açır. Müəllimlərin maddi rifah halının yaxşılaşdırılması məqsədilə mütəmadi tədbirlər görülür, onlar fəxri adlarla və müxtəlif dövlət mükafatları ilə təltif edilirlər. 

Keçirilən tədbirlərdə dərs ili ərzində fəallıq göstərən müəllimlər məktəb rəhbərliyi tərəfindən təltif olunub onlara dərslərində uğurlar arzulanıb.