09.10.2017

Əməkdar müəllim Gülnarə Mustafayeva

Göygöl şəhər S.Vurğun adına 3 nömrəli tam orta məktəbin Riyaziyyat müəllimi Gülnarə Mustafayeva təhsil işçilərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq “Əməkdar müəllim” adına layiq görülüb.

Əməkdar müəllim Gülnarə Mustafayeva bu ada layiq görüldüyü üçün hər kəsə öz minnətdarlığını bildirib. “Mənim ən böyük amalım yaxşı müəllim, şagirdlərinin sevimlisi olmaq idi. Mənə görə ən gözəl hədiyyə şagirdlərimin uğurlarıdır. 2005-ci ildə Təhsil Nazirliyi tərəfindən 20 məzundan 17 nəfəri  müxtəlif ali məktəblərə qəbul olduğu üçün “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunmuşam. Həmin an mən anladım ki, heç bir əziyyət qarşılıqsız qalmır. Gələcək üçün ən böyük istəyim şagirdlərimi təhsilli bir gənc olaraq yaxşı yerlərdə görə bilməkdir. Ümid edirəm ki, onların düşüncələrində yaxşı bir yer tutan müəllim adını illər keçdikcə də qoruyub saxlaya bilərəm.”

 


Açar sözlər: ,  ,