10.10.2017

Təhsil naziri Füzuli rayonunun Horadiz şəhərində vətəndaşları qəbul edəcək

Ağdam, Füzuli, Beyləqan və Tərtər rayon sakinlərinin nəzərinə!

 

Təhsil naziri Mikayıl Cabbarov 16 oktyabr 2017-ci il tarixində saat 10:00-da Füzuli rayonunun Horadiz şəhərindəki Heydər Əliyev Mərkəzində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2017-ci ilin oktyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Ağdam, Füzuli, Beyləqan və Tərtər rayon sakinlərini qəbul edəcək. Qəbulda Ağdam, Füzuli, Beyləqan və Tərtər rayonlarında müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşlar 10-12 oktyabr 2017-ci il tarixlərində Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna zəng etməklə (“Qaynar xətt” xidməti) və ya nazirliyin rəsmi saytının “Vətəndaşların qəbulu” bölməsinə (http://edu.gov.az/az/contacts/request)  daxil olmaqla elektron qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.