11.10.2017

Aprel döyüşlərində şəhid olmuş məzun Sərxan Bağırovun xatirəsi yad edilib

Göygöl rayon Almədətli kənd ümumi orta məktəbdə Aprel döyüşlərində şəhid olmuş həmin məktəbin məzunu Sərxan Bağırovun xatirəsi yad edilib.

Tədbirin keçirilməsində məqsəd şagirdlərdə vətənə, millətə sevginin artırılması, Qarabağ müharibəsi dövründə və ondan sonra şəhid olanlar barədə məlumatlı olmalarıdır.

Azərbaycan Respublikasının Dövlət Himni ilə başlanan tədbirdə şagirdlərin ifasında “Şəhid qanı”, “Qarabağdan əlini çək”, “Şəhidlər xiyabanı”, “Ağla qərənfil ağla”, “Şəhidlər”və  “Əsgər marşı” şeirləri səsləndirilib müxtəlif kompozisiyalar göstərilib.