12.10.2017

“Berelium yarımqrup elementləri” mövzusunda açıq dərs keçirilib

Göygöl rayon Aşıqlı kənd tam orta məktəbdə Kimya fənnindən “Berelium yarımqrup elementləri” mövzusunda açıq dərs keçirilib. Məktəbin kimya müəllimi İlham Sultanov tərəfindən keçirilən dərsdə şagirdlər “Molekul”, “Anion”, “Atom” və “Kation” adlı 4 qrupa bölünüb.

Açıq dərsin keçirilməsində məqsəd şagirdlərə Berelium yarımqrup elementləri haqqında məlumat vermək və onlarda fəallığın artırılmasından ibarətdir.

Dövlət Himni ilə başlanan dərsin gedişatında şagirdlərə təqdim olunmuş tədqiqat sualı ətrafında qruplar üzrə hazırlanmış cavablar qrup liderləri tərəfindən təqdim edilib. Berelium yarımqrupu mövzusu  üzrə müxtəlif formatlı tapşırıqları şagirdlər tərəfindən  yerinə yetirib.

Müasir təlim üsulları ilə keçirilən dərsdə şagirdlər fəal iştirak ediblər. Dərsdə həmçinin müşahidəçi qismində məktəbin direktoru və direktor müavini də iştirak edib.