16.10.2017

Çaylı kənd tam orta məktəbin direktoru Təhsil Nazirliyinin Fəxri Fərmanı ilə təltif olunub

Göygöl rayon Çaylı kənd tam orta məktəbin direktoru Aqif Hüseynov Təhsil Nazirliyi tərəfindən Fəxri Fərmanla təltif olunub.

Təhsilin inkişafı sahəsində xidmətlərinə, gənc nəslin təlim - tərbiyəsi sahəsində səmərəli pedaqoji fəaliyyətinə görə təltif olunan Aqif müəllim, artıq 27 ildir ki, pedaqoji fəaliyyətlə məşğuldur.

2009-cu ildə Çaylı kənd tam orta məktəbinə direktor təyin olunan pedaqoqun fəliyyəti müddətində həmin məktəbin şagirdləri müxtəlif yarışlarda uğurlar qazanmış, rayon və ölkə səviyyəsində birincilik əldə etmişlər.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı ilə təltif olunan direktor fəaliyyətində hər zaman şagirdlərinin inkişafına, onların hərtərəfli, əsl vətəndaş kimi formalaşmasına xüsusi əhəmiyyət verdiyini bildirdi. "Müəllim bütöv cəmiyyətin insan yetişdirmək vəzifəsini üzərinə götürən, tədris müddəti ərzində yeni fərdlərin müəyyənləşdirilməsində vacib öhdəlikləri olan bir şəxsiyyətdir. Mən qürur duyuram ki, illərdir cəmiyyətimizin inkişafında xidmətim olub. Bugün isə belə bir fəxri ada layiq görülməyim əziyyətimin ən gözəl qarşılığıdır."


Açar sözlər: ,  ,