30.10.2017

“Xəmsə” Milli İntellektual Oyununun rayon mərhələsi keçirilib

Göygöl rayon Gənclər və İdman İdarəsinin təşəbbüsü ilə rayon ümumtəhsil məktəblərinin müvafiq komandalarının iştirakı ilə “Xəmsə” Milli İntellektual Oyununun rayon mərhələsi keçirilib.

Yarışda şəhər 3, 4 və 6 saylı tam orta məktəb, TTFT lisey, Üçtəpə, Mollacəlilli, Balçılı kənd 1 və 2 nömrəli tam orta məktəb həmçinin Göygöl Təhsil Mərkəzini komandası iştirak edib.

Yarışın keçirilməsində məqsəd gənclərin intellektual səviyyəsini, dünyagörüşünü və zehni inkişafını stimullaşdırmaqdır.

Püşk atıldıqdan sonra komandalar 8 yarımqrupa bölünərək finala vəsiqə uğrunda mübarizəyə başlayıblar.

Yarışın qalibi 5900 xalla 4 saylı tam orta məktəbin “Diktator” komandasl, II yerə TTFT liseyin “Bozqurt” komandası, III yerə isə Balçılı kənd 1 saylı tam orta məktəbin “Günəş” komandası layiq görülüb.