30.11.2017

Göygöl Peşə Məktəbinə ekskursiyası təşkil olunub

Noyabrın 30-da Göygöl rayon ümumtəhsil məktəblərinin VIII sinif şagrdlərinin iştirakı ilə Göygöl Peşə Məktəbinə ekskursiyası təşkil olunub.

Ekskursiyanın məqsədi şagirdlərə peşə təhsili və burada tədris olunan ixtisaslar barədə şagirdlərə məlumat verməkdən ibarətdir.

Şagirdlər ekskursiya müddətində müxtəlif ixtisasların tədris olunduğu sinif otaqlarında və emalatxanalarda olublar.

Məlumat üçün bildirək ki, Göygöl Peşə Məktəbində ərzaq və qeyri-ərzaq malları satıcısı, nəzarətçi-xəzinədar, elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru-avtomobil sürücüsü, geniş profilli traktorçu-maşinist, təmirçi-çilingər, elektrik qaz qaynaqçısı, tikiş avadanlıqlarının operatoru, tikişçi, kompüter operatoru və maşın-traktor parkına texniki xidmət üzrə sazlayıcı usta ixtisasları tədris olunur.