30.11.2017

"Təhsildə Beynəlxalq Qiymətləndirmə" mövzusunda  seminar keçirilib

Noyabrın 30-da Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə Göygöl müəllimləri üçün "Təhsildə Beynəlxalq Qiymətləndirmə" mövzusunda  seminar keçirilib.

Təlimdə rayon ümumtəhsil məktəblərinin Azərbaycan dili və ədəbiyyat müəllimləri iştirak edib. Təhsil meneceri Aytəkin Əliyeva iştirakçıları beynəlxalq qiymətləndirmənin mahiyyəti, keçirilmə məqsədi barədə məlumatlandıraraq  bildirib ki, beynəlxalq qiymətləndirmə ölkələr üçün nisbi müqayisə etmək imkanı yaratmaqla yanaşı, qənaətbəxş və çatışmayan cəhətlər nəzərə alınmaqla inkişafa, keyfiyyətə nəzarət üçün informasiya mənbəyi rolunu oynayır.

Təlimdə, həmçinin beynəlxalq qiymətləndirmənin növlərindən danışılıb və 2019-cu ildə TİMS proqramı üzrə keçiriləcək qiymətləndirmə barədə məlumat verilib. Daha sonra 2019-cu ildəki qiymətləndirmə barədə görüləcək işlərdən danışılıb.

Sonda nümunə olaraq açıq tipli suallar müəllimlərə izah olunub, suallar cavablandırılıb.