05.12.2017

5 dekabr – Beynəlxalq Könüllülər Günü münasibətilə tədbir keçirilib

Göygöl rayon Hacıməlik ŞTQ 2 nömrəli tam orta məktəbdə 5 dekabr – Beynəlxalq Könüllülər Günü münasibətilə tədbir keçirilib.

Məktəbin müəllim və şagird kollektivinin iştirak etdiyi tədbirin keçirilməsində məqsəd şagirdlərdə könüllülük haqqında fikir formalaşdırmaq, milli və beynəlxalq səviyyədə təşkil edilən könüllülük proqramları haqqında onların məlumatlandırılmasıdır.

Tədbirdə “Biz birlikdə güclüyük” adlı səhnəcik göstərilib, videoçarx nümayiş olunub.