07.12.2017

“Biologiya gecəsi” keçirilib

Dekabrın 7-də Bəhrəmbağ kənd ümumi orta məktəbdə “Biologiya gecəsi” keçirilib.

Tədbirdə məktəbin müəllim və şagird kollektivi və təhsil şöbəsinin əməkdaşları iştirak edib.

“Biologiya gecəsi”nin keçirilməsində əsas məqsəd şagirdlərin fənnə marağının artırılması, onlara təbiəti, heyvanları, ümumilikdə canlı aləmi qorumaq hisslərinin aşılanması  və fənnə dair məlumatlılıq səviyyələrinin yüksəldilməsi olub.

Dövlət Himni ilə başlanan tədbirdə şagirdlər “Hüceyrələrin bölünməsi”, “Görən, dad bilən, toxunan bitkilər”, “Qan və qanın tərkibi, hormonlar-vəzlər” və “Bakteriyalar”  mövzusunda təqdimatlar ilə çıxış ediblər.

Tədbirdə biologiya elmi və bu elmin sahələri haqqında məluat verilib, müxtəlif videoçarxlar nümayiş olunub.