19.01.2018

Rəsm müsabiqəsi keçirilib

Göygöl rayon Uşaq - Gənclər İnkişaf Mərkəzi, Hacıməlik ŞTQ 2 nömrəli tam orta və Çaykənd kənd ümumi orta məktəblərdə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr edilmiş rəsm müsabiqəsi keçirilib.

Müsabiqənn keçirilməsində məqsəd qan yaddaşımıza yazılan bu faciəni bir daha xatırlamaq, gələcəyimiz olan şagirdlərə tariximizi mənimsətmək və vətən uğrunda şəhid olan oğul - qızlarımızı heç zaman unutmamaqdır.

Dövlət Himni ilə başlanan tədbirlərdə şagirdlərə 20 Yanvar faciəsi barədə məlumat verilərib. Şagirdlərin iştirakı ilə 20 Yanvar faciəsi ilə bağlı səhnəcik və şeirlər təqdim edilib, videoçarxlar izlənilib.