25.01.2018

Bilik yarışı keçirilib

Göygöl rayon Almədətli kənd ümumi orta məktəbdə bilik yarışı keçirilib. Məktəbin 5-9-cu siniflərinin iştirkı ilə keçirilən bilik yarışında şagirdər “Azərbaycan”, “Dostlar”, “Xəzər”, “Günəş” və “Şəfəq” adlı 5 qrupa bölünüb.

Yarışının keçirilməsində məqsəd şagirdlərin istedadının, intellektual səviyyəsinin, müzakirə, təhliletmə, nitq, təqdimat qabiliyyətinin üzə çıxarılmasıdır.

Bilik yarışında hər sinif üzrə 1 şagird olmaq şərti ilə 5 şagird iştirak edib. Yarış müddətində şagirdlərə Azərbaycan dili və ədəbiyyatı, riyaziyyat, və ingilis dili fənnlərindən suallar təqdim olunub. Bilik yarışının qalibi “Dostlar komandası olub.