26.01.2018

Açıq dərs keçirilib

Göygöl rayon 6 nömrəli tam orta məktəbdə riyaziyyat fənnindən "Açıq dərs" keçirilib. Dərsdə müşahidəçi qismində məktəbin direktoru, müavinlər və müəllimlər iştirak ediblər.

Məktəbin IV sinfində keçirilən dərsdə şagirdlər 4 qrupa bölünüblər.

Fənn müəllimi yeni dərsi izah etməklə yanaşı, həm də motivasiya sualı əsasında riyaziyyat fənnindən keçilən mövzuların mənimsənilmə səviyyəsini yoxlamaq üçün şagirdləri slayd vasitəsilə hazırlanmış testlərlə sorğu-sual edib.

Sonda keçirilən "Açıq dərs" müzakirə  olunub. Məktəbin direktoru, dərs hissə müdiri və digər fənn müəllimlər çıxış edərək "Açıq dərs"in yaxşı təşkil olunduğunu və şagirdlərin riyaziyyat fənnindən yüksək bilik nümayiş etdirdiklərini bildiriblər.

Dərsin sonunda şagirdlərin bilik səviyyəsi qiymətləndirilib.


Açar sözlər: ,  ,  ,  ,