29.01.2018

Göygöl rayon Uşaq Gənclər İnkişaf Mərkəzi

Göygöl rayon Uşaq Gənclər İnkişaf Mərkəzində (UGİM) 45 dərnəkdə 658 şagird təhsil alır. Mərkəzdə uşaq və gənclərin asudə vaxtlarının müxtəlif profilli istiqamətlər üzrə səmərəli təşkili və onların hərtərəfli inkişafı üçün dərslər keçirilir.

Mərkəzin şagirdləri müxtəlif vaxtlarda rayon və respublika yarışlarında fərqli nominasiyalar üzrə qalib olublar. Mərkəz üzvlərindən bəzilərini sizə təqdim edirik.

Qasımova Mahirə - “Mən şəhər 5 nömrəli tam orta məktəin V sinfində təhsil alıram. Hər zaman müxtəlif əl işlərinə qraşı həvəsim və marağım olub. Evdə asudə vaxtlarımda əl işləri hazırlayırdım. Bunlardan gəlinciklərim üçün geyimlə, qozalar vasitəsilə müxtəlif rəsm əsərləri və şəkillər aiddir. UGİM-nə gəldikdən sonra bu qabiliyyətimi daha da inkişaf etdirdim. Müəllimlərimiz izimlə fərdi şəkildə məşğul olur. Hazırladöğömöz əl işlərind bizə kömək edirəm. Gələəkdə rəssam olub ölkəmizi tanıtmaq istəyirəm.”

Həsənova Günay - “UGİM-də “Bacarıqlı əllər” dərnəyinin üzvüyəm. Artıq 2 ildir dərsdən sonra asudə vaxtımı burada keçirirəm. Mənimlə birgə bir neçə sinif yoldaşım da bura gəlir. Biz birlikdə müxtəlif əşyalar hazırlayırıq. Sonuncu hazırladığımız əl işi müxtəlif meyvələrin çəyirdəyi ilə gül hazırlamaq idi. Müəllimlərimiz  bu əl işini çox bəyəndilər.

Tarix Vəliyev - “Mən II sinfdə təhsil alıram. Setyabr ayından etibarən UGİM-ə gəlirəm. Burada daha çox kağızlar vasitəsilə müxtəlif fiqurlar hazırlayırıq. Boş vaxtlarımda burda olmaq çox yaxşıdır. Mənim üçün əsas məsələ dərslərini yubatmadan müxtəlif qabiliyyətlərimin üzə çıxmağıdır.

            UGİM-nin metodisti Süsən Qurbanova bildirdi ki, uşaqlar mərkəzə gəlməyə çox maraqlıdırlar. Onlar girişdə əl işlərini gördükdən sonra maraqları daha da böyüyür. Biz çox sevinirik ki, artıq mərkəzimizin 658 üzvü var. Üzvlərin müxtəlif əl işləri respublika səviyyəsində tanınıb, və qalib olub.