30.01.2018

Xasabağ kəndində şagirdlər modul tipli məktəbdə təhsil alırlar

          Dövlət başçısının tapşırığına əsasən bölgələrdə azkomplektli və qəzalı vəziyyətdə olan kənd məktəbləri modul tipli təhsil ocaqları ilə əvəzlənib. Respublikanın hər yerində olduğu kimi Göygöldə də bu proses uğurla və böyük surətlə gedir. Artıq Xasabağ kəndinin müəllim və şagirdləri öz fəaliyyətlərini yeni istifadəyə verilən modul məktəblə davam etdirirlər.