05.02.2018

Fənn olimpiadalarının ilkin mərhələsində Göygöl rayonundan 621 şagird iştirak edib

Fevralın 4-də ölkəmizin hər yerində olduğu kimi Göygöl rayonunda da Respublika fənn olimpiadalarının birinci–rayon mərhələsi keçirilib. Rayon mərhələsi şəhər 3 nömrəli tam orta məktəbdə saat 10:00-dan 13:00-dək davam edib.

Göygöl rayon üzrə fənn olimpiadasında Azərbaycan dili və ədəbiyyatı, riyaziyyat, coğrafiya, tarix, fizika, kimya, biologiya fənləri üzrə cəmi 621 şagird iştirak edib.

Təlimata uyğun olaraq şagirdlərə sualları cavablandırmaq üçün texniki fənlər üzrə 180 dəqiqə, humanitar fənlər üzrə isə 90 dəqiqə vaxt verilib.

Rayon turu 26 sinifdə eyni sayda nəzarətçi sayı olmaqla həyata keçirilib.

Məlumat üçün bildirək ki, olimpiadaların təşkil edilməsində məqsəd istedadlı uşaqların aşkar edilməsi, şagirdlərdə fənlərə olan marağın artırılması, onların bilik və bacarıqlarını nümayiş etdirmələrinə yardım etməkdir.