05.02.2018

“Narkomaniya ümumbəşəri bəladır!”

“Narkomaniya ümumbəşəri bəladır!” mövzusunda növbəti tədbir Göygöl şəhər 6 nömrəli  tam orta məktəbdə keçirilib.

Tədbir Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Tədbir iştirakçılarını salamlayan məktəbin direktoru Nərgiz Əmiraslanova  qonaqları təqdim edərək, layihənin məqsədindən söz açıb.

Daha sonra Göygöl Rayon Polis Şöbəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili şöbəsinin baş inspektoru Paşa Abbas məruzə ilə çıxış edib.

RPŞ-nin baş leytenantı Süleyman İbrahimov rayonda yeniyetmə və gənclərin narkomanlıq və digər zərərli vərdişlərdən qorunması üçün aparılan işlər barədə ətraflı məlumat verib, gənc nəslin savadlı, vətənpərvər ruhda boyüməsi, sağlam inkişaf etməsi, zərərli vərdişlərdən uzaq olması üçün görülməli olan işlərdən və qarşıda duran vəzifələrdən danışıb.

Tədbirdə həmçinin, Təhsil Şöbəsinin, Rayon İcra Hakimiyyətinin nümayəndələri və başqaları çıxış ediblər.

Sonda "Narkomaniyaya yox deyirik" adlı videoçarx nümayiş olunub.