06.02.2018

“Bacarıqlı əllər”

Fevralın 6-da Göygöl rayon Kərəmli kənd tam orta məktəbdə Texnologiya fənnindən “Bacarıqlı əllər” adlı müsabiqə keçirilib.

Müsabiqənin keçirilməsində məqsəd yaradıcılığın müxtəlif sahələrində xüsusi istedada malik olan şagirdləri üzə çıxarmaq, onların bacarıqlarını inkişaf etdirməkdir.

Müsabiqədə şagirdlərin hazırladıqları əl işləri nümayiş etdirilib. Məktəb rəhbərliyi tərəfindən yarışın qalibləri fəxri fərmanla təltif olunub.


Açar sözlər: ,  ,  ,