08.02.2018

“Tarixi iz” adlı bilik yarışı keçirilib

Fevralın 8-də Göygöl rayon Mollacəlilli kənd tam orta məktəbdə tarix fənnindən “Tarixi iz” adlı bilik yarışı keçirilib.

Yarışın keçirilməsində əsas məqsəd şagirdlər arasında tarix fənninə olan marağı artırmaq, gənc nəsli elmə, maarifləndirici yarışlara həvəsləndirməkdir.

“Tarixi iz” adlı bilik yarışında məktəbin VIII və IX sinif şagirdləri iştirak edib. Şagirdlər müxtəlif komandalar şəklində formalaşaraq verilən sualları cavablandırıblar. 3 mərhəldə keçirilən yarışın qalibi “Tomris” komandası olub. Qalib komanda məktəb rəhbərliyi tərəfindən diplomla təltif olunub.