09.02.2018

Dilarə Mövlayeva “Əməkdar müəllim” fəxri adına layiq görülüb

Göygöl rayon Azad Həmkarlar Komitəsinin sədri Dilarə Mövlayeva Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası əməkdaşlarına fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq “Əməkdar müəllim” fəxri adına layiq görülüb.

Azərbaycan Respublikasının sosial-ictimai və humanitar-mədəni həyatında göstərdiyi xidmətlərə görə təltif olunan Dilarə müəllim bu ada layiq görüldüyü üçün hər kəsə öz minnətdarlığını bildirdi.

“İllərdir təhsil sahəsindən əlimdən gələn qədər çalışıb yaxşı bir şəxsiyyət, təhsilimizə və millətimizə layiq bir vətəndaş olmaq istəmişən. Aldığım fəxri ad bunu həqiqətən bacardığımı, hər zaman yaratmaq istədiyim insan obrazını formalaşdırdığımı göstərdi. Fəaliyyətimə müəllimlik ilə başlayıb, daha sonra isə Göygöl Rayon Təhsil Şöbəsində davam etdirmişəm. İllərdir təhsil sahəsində olan biri kimi, deyə bilərəm ki, bugün təhsilimiz çox inkişaf edib. Gələcəyimiz olan şagirdlərin inkişafı üçün sözün əsl mənasında hər tərəfli işlər aparılır. Əlbəttə ki, şagirdlərin qeydinə qalan, onlara həm valideyn, həm də dost olan müəllimlərimizə dəstək,  bizim üçün ən vacib məsələlərdən biridir. Azad Həmkarlar Təşkilatı da bu sahədə bir çox işlər görmüşdür. Mən öz şəxsiyyətimdə müəllimlərin dostuyam çünki, mən bir müəllim gördüyüm zaman, onlara qəlbimdən gələn hörmət və sevgi ilə yanaşıram. Əlbəttə ki, burda yaş fərqi yoxdur o müəllim 24 yaşında da ola bilər 64 yaşın da da mənim üçün şagirdlərə ömür fəda edən biri ən mükəmməl  insandır. Fəxri ad aldığım üçün çox sevinirəm. Düzdür mən ölkəmə, xalqıma hə zaman xidmət etmişəm. “Əməkdar müəllim” fəxri adının verilməsi isə mənim üçün əvəzolunmaz bir hədiyyədir. Əziyyətimin qiymətləndirildiyi üçün hər kəsə öz minnətdarlığımı bildirirəm."