12.02.2018

Şəhər 6 nömrəli tam orta məktəbdə açıq dərs keçirilib

Göygöl şəhər 6 nömrəli tam orta məktəbdə fizika fənnindən “İşığın düz xətt boyunca yayılma qanununun izah etdiyi hadisələr” adlı açıq dərs keçirilib.

Dərsdə müşahidəçi qismində məktəb direktoru və müavinləri iştirak ediblər.

Məktəbin fiika müəllimi Çinarə Hüseynova tərəfindən keçirilən dərsdə şagirdlər “Optika”, “İşıq”, “Şüa” və “Kölgə” adlı 4 qrupa bölünüb.

Çinarə Hüseynova yeni dərsi izah etməklə yanaşı, həm də motivasiya sualı  əsasında  fizika fənnindən keçilən mövzuların mənimsənilmə səviyyəsini yoxlamaq üçün şagirdləri slayd vasitəsilə hazırlanmış testlərlə sorğu-sual edib. Şagirdlər dərsin maraqlı keçilməsində  fəal iştirak ediblər.

Dərsin sonunda şagirdlərin bilik səviyyəsi qiymətləndirilib.