19.02.2018

Göygöl məktəblilərinin hərbiyə marağı böyükdür

Ölkədə hərbi orta təhsilə göstərilən diqqət bu istiqamət üzrə dərslərə marağı artırıb. Göygöl rayonunun da həm yeni həm də mövcud orta təhsil ocaqlarının hərbi kabinetlərində yaradılan şərait oğlanlar kimi, qızların da diqqətini cəlb edib.  Şagirdlərin hərbi idman oyunlarda qazandığı uğurlarda müəllimlərin əməyi böyükdür. Rayonda hərbi dərsləri əsasən keçmiş döyüşçülər tədris edir. Söylənilənlərin əyani şəkildə göstərilməsi isə tədrisin düzgün aparılmasını şərait yaradır.