21.02.2018

“Mənim dilim”

Göygöl şəhər 3 nömrəli tam orta məktəbdə “Mənim dilim” adlı tədbir keçirilib.

Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlanan tədbirdə ana dilimizin qorunub saxlanılmasında, inkişaf etdirilərək bugünkü səviyyəyə çatdırılmasından söhbət açılıb. Həmçinin milli sərvətimiz olan ana dilimizin qorunması istiqamətində hamılıqla çalışmağın vacibliyi vurğulanıb.

Tədbirlərdə, şagirdlər tərəfindən hazırlanmış müxtəlif kompozisiyalar, səhnəciklər, musiqi və rəqs nömrələri nümayiş olunub, şeirlər ifa edilib.

Beynəlxalq Ana Dili Gününün məktəblərdə qeyd olunmasında əsas məqsəd Azərbaycan dilinin tarixi mərhələləri, rəngarəngliyi və bu dildə yaranmış əsərlər barədə şagirdlərin məlumatını artırmaq, ana dilimizi gələcək nəsillərə ötürmək üçün onlarda doğma dilimizə sevgi və hörmət hissini daha da artırmaqdır.