22.02.2018

“Vətənə sədaqətin zirvəsi – Şəhidlik”

Göygöl rayon Qızılca stansiya kənd tam orta məktəbdə “Vətənə sədaqətin zirvəsi – Şəhidlik” mövzusunda tədbir keçirilib.

 Tədbirin keçirilməsində məqsəd Vətənə xidmət etmiş, şəhidlik zirvəsinə ucalmış mərd oğul və qızlarımızın vətənpərvərliyini, onların indiki və gələcək nəsillərə örnək ola biləcək həyat yolunu təbliğ etməkdir.

Məktəbin müxtəlif fənn müəllimləri Azərbaycan Ordusunun qüdrətindən, gənclərimizin Vətən sevgisindən, əsgərlərimizin döyüşlərdəki şücaətindən fəxarətlə bəhs edib. Əminliklə bildirilib ki, Silahlı Qüvvələrimizin gücü, xalq və ordu birliyi sayəsində işğal altındakı bütün torpaqlarımız tezliklə azad olunacaq.

Tədbirdə şagirdlərin ifasında müxtəlif şeir parçaları səsləndirilib və səhnəciklər nümayiş etdirilib.