07.03.2018

8 mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə tədbir keçirilib

Göygöl rayon Çaykənd kənd ümumi orta məktəbdə 8 mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə tədbir keçirilib.

Tədbirdə məktəbin direktoru, müəllimlər, şagird və valideynlər iştirak edib.

Şagirdlər "Beynəlxalq Qadınlar Günü" ilə bağlı məlumat verərək bildiriblər ki, 8 Mart - iqtisadi, ictimai və siyasi bərabərlik uğrunda mübarizədə qadınların beynəlxalq həmrəylik günüdür.

Tədbirdə şagirdlər müəllimlərini şeir, musiqi və rəqslərlə təbrik ediblər.

8 mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə keçirilən tədbirdə pedaqoji sahədə səmərəli fəaliyyətinə görə bir qrup müəllim məktəb rəhbərliyi tərəfindən Fəxri fərmanla təltif olunub.

Tədbirin sonunda məktəbin direktoru Anar Rzayev çıxış edərək məktəbin bütün qadın kollektivini bayram münasibətilə təbrik edib, onlara işlərində müvəffəqiyyətlər arzulayıb.


Açar sözlər: ,  ,  ,