09.03.2018

“Orqanizmlərin fərdi inkişafı”

Göygöl rayon Çaylı kənd tam orta məktəbində Biologiya fənnindən “Orqanizmlərin fərdi inkişafı” mövzusunda “açıq dərs” keçirilib. Məktəbin IX sinfində Müşgünaz Xuduyeva tərəfindən keçirilən dərsdə şagirdlər “Embrional”, “Postembrional” və “Blastula” adlı qruplara bölünüb. Dərsdə müşahidəçi qismində məktəbin direktoru, dərs hissə müdiri və fənn müəllimləri iştirak ediblər.

“Embrional və ontogenez dövr hansılardır?” tədqiqat sualını şagirdlər qruplar şəklində cavablandırıblar. Şagirdlərin mövzunu daha yaxşı mənimsəmələri üçün dərsdə oyunlar təşkil olunub və mövzunu əhatə edən slayd nümayiş etdirilib.

Sonda M.Xuduyevanın  keçdiyi "açıq dərs" müzakirə  olunub. Məktəbin direktoru Aqif Hüseynov  çıxış edərək "açıq dərs"in yaxşı təşkil olunduğunu və şagirdlərin Biologiya fənnindən yüksək bilik nümayiş etdirdiklərini bildirib.