13.06.2018

Bu il XI sinifləri 651 nəfər şagird bitirir

2017-2018-ci tədris ilində Göygöl Rayon Təhsil Şöbəsinin tabeliyində olan ümumtəhsil məktəblərinin IX siniflərini 776 nəfər, XI siniflərini isə 651 nəfər şagird bitirəcək.

2018-2019-cu tədris ilində I sinfə qəbul olunacaq şagirdlərin sayı üzrə proqnoz 1085 nəfərdir.

Qeyd edək ki, təhsil nazirinin əmrinə əsasən, "Son zəng" tədbiri iyunun 14-də yalnız ümumi təhsil müəssisələrinin ərazisində təşkil olunur.

Məzunları təbrik edir, onlara uğurlar arzu edirik.