20.06.2018

Maarifləndirici tədbir keçirilib

Göygöl rayon Uşaq və Ailələrə dəstək Mərkəzində rayon ümumtəhsil məktəblərinin təlim-tərbiyə işləri üzrə direktor müavini, psixoloq və Uşaq Birliyi Rəhbərlərinin iştirakı ilə maarifləndirici tədbir keçirilib.

Tədbirin keçirilməsində məqsəd ümumtəhsil məktəblərində şagirdlərin bu mövzu barədə maariflənməsi, müəllimlərin məlumatlılıq səviyyəsinin artırılmasıdır.

“İnsan alverinin qurbanlarının reabilitasiyası və sosial reinteqrasiyası” adlı tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələri məruzə ilə çıxış ediblər.

Şagirdlərin maariflənməsi üçün müxtəlif braşuralar iştirakçılara təqdim edilibvə videoçarx nümayiş etdirilib.