20.09.2018

Bir məktəbin tarixi - Göygöl şəhər 4 nömrəli tam orta məktəb 

Göygöl şəhər 4 nömrəli tam orta məktəbin əsası 1987-ci ildə əsası qoyulmuşdur.

Hal-hazırda məktəbdə 464 şagird təhsil alır, həmçinin 2 məktəbəhazırlıq qrupunda 47 uşaq təhsil alır. Şagirdlərin təlim tərbiyəsi ilə 50 müəllim məşğul olur.

Hər bir məktəb özünün ali məktəblərə qəbul olan şagirdləri, qabaqcıl məzunları ilə tanındığı kimi şəhər 4 nömrəli tam orta məktəbdə öz məzunları ilə fəxr edir.

2009-cu ildə məktəbin məzunu olmuş Hikmət Hacıyev hal-hazırda Böyük Britaniyanın Mançestr universitetində təhsilini davam etdirir.

2016-2017-ci tədris ilində məktəbin məzunu olmuş Əhədli Tərlan uğurlu nəticələri ilə ümumtəhsil məktəbini qızıl medalla bitirmişdir.

Vaxtilə məktəbin məzunu indi isə müəllimi kimi fəaliyyət göstərən qabaqcıl pedaqoqlarda şagirdlərin inkişafında böyük rol oynayırlar onlardan Minarə Musayeva, Nailə Məmmədova, Akif Rəhimov, Əfsanə Rzayeva, Nuranə Abbasova və Xavər Nəsirovadır.

Məktəbin direktoru Aişə İsgəndərova 1980-ci ildən pedaqoji fəaliyyətlə məşğul olur. 2004-cü ildə məktəbin direktoru olan pedaqoqun müəllimlərin inkişafında müstəsna xidmətləri olmuşdur.

2017-2018-ci tədris ili üzrə məktəbin XI sinfini 31 nəfər şagird bitirib ki, onlardan 5 nəfəri fərqlənmə attestatına layiq görülüb. Məzunlardan 13 nəfəri ali təhsil müəssisələrinə qəbul olub, onlardan 3 nəfəri 500-dən yüksək bal toplayıblar. Məktəbin 2 məzunu 600-dən yüksək bal toplayıb, onlardan Mirzəyeva Aytən 653  balla Gəncə Dövlət Universitetinin Xarici dillər fakültəsinə, Fidan İsgəndərova isə 630 balla Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyat fakültəsinə qəbul olublar.

Məktəb şəhid məzun İlqar Novruzovun adını daşıyır. Məktəbdə həmçinin təmayül siniflərdə fəaliyyət göstərir. Belə ki, texniki və riyaziyyat-iqtisadiyyat təmayüllü siniflərin şagirdləri məzun olduqdan sonra bu sahəyə daha çox diqqət göstərirlər.

Şagirdləri humanist, vətənpərvər ruhda tərbiyələndirmək üçün məktəbdə inşa, rəsm müsabiqələri və “Bilik yarışları” təşkil olunur.