10.10.2018

Pənahlılar kənd tam orta məktəbdə riyaziyyat fənnindən bilik yarışı keçirilib

Oktyabrın 10-da Pənahlılar kənd tam orta məktəbdə riyaziyyat fənnindən bilik yarışı keçirilib.

Bilik yarışında məktəb VI, VII, VIII və IX sinif şagirdləri iştirak ediblər. Şagirdlər onlara təqdim edilən sualları yazılı şəkildə cavablandırıblar.

Yarışın keçirilməsində məqsəd məktəblilərin intellektual və yaradıcılıq bacarıqlarının inkişafına kömək etmək, tarix sahəsində dərin biliklərə malik gəncləri aşkar etməkdir.

Qeyd edək ki, Göygöl rayon ümumtəhsil məktəblərində tədris ili ərzində mütəmadi olaraq tədbirlər, yarışlar, müsabiqələr keçirilir.