06.11.2018

“İşıq və istiliyinin Yer səthində paylanması”

Göygöl rayon Çaylı kənd tam orta məktəbdə coğrafiya fənnindən məktəbin müəllimi Musa Ziyadzadə tərəfindən "Açıq dərs" keçirilib. Dərsdə müşahidəçi qismində məktəbin direktoru, müavinlər və müəllimlər iştirak ediblər.

“İşıq və istiliyinin Yer səthində paylanması” mövsunda olan "Açıq dərs"də şagirdlər  “Günəş”,     “Bahar” və “Payız” adlı qruplara bölünüblər.  Fənn müəllimi yeni dərsi izah etməklə yanaşı, həm də motivasiya sualı əsasında riyaziyyat fənnindən keçilən mövzuların mənimsənilmə səviyyəsini yoxlamaq üçün şagirdləri slayd vasitəsilə hazırlanmış testlərlə sorğu-sual edib.

Sonda keçirilən "Açıq dərs" müzakirə  olunub. Məktəbin direktoru, dərs hissə müdiri və digər fənn müəllimlər çıxış edərək "Açıq dərs"in yaxşı təşkil olunduğunu və şagirdlərin coğrafiya fənnindən yüksək bilik nümayiş etdirdiklərini bildiriblər.

Dərsin sonunda şagirdlərin bilik səviyyəsi qiymətləndirilib.