08.11.2018

"Yüksəklərdə dalğalan Azərbaycan bayrağım" mövzusunda inşa yazı müsabiqəsi keçirilib

Göygöl rayon 3 nömrəli tam orta məktəbdə 9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibəti ilə "Yüksəklərdə dalğalan Azərbaycan bayrağım" mövzusunda inşa yazı müsabiqəsi keçirilib.

İnşa müsabiqəsinin keçirilməsində məqsəd  milli atributlarımızın təbliği, gənclər arasında vətənpərvərlik hissinin və milli-mənəvi dəyərlərin aşılanmasıdır.

Müsabiqədə 82 şagird iştirak edib. İnşa müsabiqəsinin qalibi şəhər 3 nömrəli tam orta məktəbin VIII sinif şagirdi Ülvi Bayramlı olub.