12.11.2018

Dünya Çempionu olan Göygöl məktəblisi

Göygöl rayon Texniki və Təbiət Fənnləri Təmayüllü Liseyin X sinif şagirdi Rauf Hüseynov Qazaxıstanda keçirilən Aşhara Karate idman növü üzrə Dünya Çempionatında I yerə layiq görülüb.

Məlumat üçün bildirək ki, H.Rauf 2009-cu ildən etibarən karate idman növü ilə məşğul olur. 2013-cu ildə karate idman növü üzrə Azərbaycan çempionatında I yerə, 2014-cü ildə Macarıstanın Gyor şəhərində karate üzrə dünya çempionatında II yerə, 2015-ci ildə IV Azərbaycan çempionatında I yerə layiq görülüb. Bundan başqa 6 dəfə rayon birincisi olub.

İdman uğurları ilə yanaşıTTFT Liseyin əlaçı şagirdi olan H.Rauf kitabları cox sevir. 2017-ci ildə fənn müsabiqəsinin rayon turunda riyaziyyat birincisi olub.