03.12.2018

Ağacəkmə aksiyası keçirilib

Göygöl rayon ümumtəhsil məktəblərinin iştirakı ilə İDEA İctimai Birliyi tərəfindən ağacəkmə aksiyası keçirilib.

Aksiyanın keçirilməsində məqsəd ekoloji balansın bərpasına, təbii mühitin qorunmasına kömək etmək, atmosferi oksigenlə zənginləşdirmək, insanların diqqətini yaşıllıqların qorunmasına yönəltməkdir.Bu cür ekoloji aksiyaların mütəmadi olaraq təşkili ilə ətraf mühitin mühavizəsinin vacibliyini insanların, xüsusilə gənc nəslin diqqətinə çatdırılır və onları ekoloji problemlərə qarşı mübarizədə birgə fəaliyyətə səsləyir.


Açar sözlər: ,  ,  ,