24.01.2019

“Uşaq hüquqları:  bərabər imkanlar” mövzusunda tədbir keçirilib

Göygöl Rayon Təhsil Şöbəsi, İcra Hakimiyyəti və Ombudsmanın Gəncə Regional Mərkəzinin birgə təşkilatçılığı ilə R.Rzayev adına Qızılca kənd tam orta məktəbdə “Uşaq hüquqları:  bərabər imkanlar” mövzusunda tədbir keçirilib.

Tədbirin keçiriməsində məqsəd şagirdlərə insan hüquqları mədəniyyətinin aşılanması, onlara hüquq, azadlıq və vəzifələri barədə məlumat verməkdən ibarət olub.

Tədbirdə uşaqların tərbiyəsi və təhsili sahəsində işin nümunəvi təşkili üçün bir sıra aktual məsələlər iştirakçılar arasında müzakirə edilib, uşaqların zərərli vərdişlərdən o, cümlədən də zərərli informasiyalardan qorunmasının əhəmiyyəti xüsusi vurğulanıb. Həmçinin təhsil prosesinin səmərəli təşkil edilməsi üçün bir sıra təkliflər irəli sürülüb.


Açar sözlər: ,  ,  ,