25.02.2019

Çaylı kənd tam orta məktəbdə Xocalı soyqırımının iyirmi yedinci ildönümü ilə əlaqədar tədbir keçirilib

Göygöl rayon Çaylı kənd tam orta məktəbdə Xocalı soyqırımının iyirmi yedinci ildönümü ilə əlaqədar tədbir keçirilib.

Tədbirdə məktəbin direktoru, müəllimlər və şagirdlər iştirak edib.

Tədirin keçirilməsində məqsəd Xocalı soyqırımı qurbanlarını yad etmək, böyüməkdə olan gənc nəslə Azərbaycan tarixi haqqında həqiqətləri çatdırmaq, doğma Vətənə sevgi, məhəbbət hissləri aşılamaq, məktəblilər arasında milli vətənpərvərlik ruhunu yüksəltməkdən ibarət olub.

Tədbirdə şagirdlər Xocalı soyqırımına həsr olunmuş şeirlər səsləndirib, səhnəciklərlə çıxış ediblər.


Açar sözlər: ,  ,  ,