28.05.2019

28 may - Respublika gününə həsr olunmuş tədbir keçirilib

Göygöl rayon Gənclər Mərkəzində Köşkü kənd tam orta məktəbin təşkilatçılığı ilə 28 may - Respublika gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Rayon Təhsil Şöbəsinin məsul şəxsləri, məktəbin pedaqoji və şagird kollektivi iştirak ediblər.

Gənclər Mərkəzində təşkil olunan tədbirdə Azərbaycan Xalq Cümhuriyyətinin əsasının qoyulması ilə müsəlman Şərqində ilk parlamentli respublikanın yaranmasından danışılıb, AXC-nin görkəmli nümayəndələrinin bu istiqamətdəki xidmətlərinə diqqət çəkilib.

Tədbirdə şagirdlər vətənpərvərlik, azərbaycançılıq mövzusunda şeirlər, mahnılar ifa edib, səhnəciklər göstərib, Azərbaycan Xalq Cümhuriyyəti barədə topladıqları məlumatlarla çıxışlar ediblər.


Açar sözlər: ,  ,  ,