03.06.2019

Topalhəsənli kənd tam orta məktəbin şagirdi 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təltif edilib

Göygöl rayon Topalhəsənli kənd E. Bayramov adına tam orta məktəbin X sinif şagirdi Gözəl Hüseynzadə 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təltif edilib.

Məktəbli Dənizkənarı Milli Parkda Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən həyata keçirilən “Təhlükəsiz qida uşaqların gözü ilə” rəsm müsabiqəsində birinci yerə layiq görülüb.

Mükafatlandırılma mərasimi çərçivəsində müsabiqəyə təqdim edilən 100 ən yaxşı rəsm sərgidə nümayiş etdirilib.

“Sağlam məktəbli” maarifləndirmə tədbirləri çərçivəsində reallaşdırılan “Təhlükəsiz qida uşaqların gözü ilə” adlı rəsm müsabiqəsinə paytaxt Bakı və respublikanın müxtəlif bölgələrindən 2000-ə yaxın rəsm daxil olub.

Sərgi çərçivəsində müsabiqənin qalibləri qiymətli hədiyyələrlə mükafatlandırılıb və onlara sertifikatlar təqdim olunub. 3 nəfər birinci yer, 5 nəfər 2-ci yer, 10 nəfər isə 3-cü yerə layiq görülərək mükafatlandırılıb.


Açar sözlər: ,  ,  ,