10.06.2019

Müxtəlif tarixi abidələr və muzeylərə ekskursiyalar təşkil edilib

Göygöl rayon ümumtəhsil məktəblərinin şagirdləri üçün müxtəlif tarixi abidələr və muzeylərə ekskursiyalar təşkil edilib.

Ekskursiyaların keçirilməsində məqsəd şagirdləri ölkəmizin qədim tarixi, milli mənəvi dəyərləri barədə daha ətraflı məlumatlandırmaq, məktəblilərin asudə vaxtlarını səmərəli təşkil etmək, onların dünyagörüşünü, bilik və bacarıqlarını artırmaqdan ibarətdir.

Ekskursiyalar çərçivəsində şagirdlər Göygöl rayonunun müxtəlif tarixi abidələrində və muzeylərdə olublar.


Açar sözlər: ,  ,  ,