03.06.2019

IX-XI sinif şagirdləri üçün sınaq imtahanı keçirilib

Göygöl rayon Çaylı kənd tam orta məktəbdə buraxılış imtahanlarına hazırlıq məqsədilə IX-XI sinif şagirdləri üçün sınaq imtahanı keçirilib.

Sınaq imtahanı Dövlət İmtahan Mərkəzinin keçirdiyi buraxılış imtahanının əsasnaməsinə uyğun olaraq aparılıb.

İmtahanın keçirilməsi şagirdlərin imtahan qabağı öncəsi psixoloji cəhətdən hazırlığının yüksəldilməsinə və şagirdlərin zəif mənimsədikləri mövzuları vaxtında aşkar edib, çatışmazlıqların aradan qaldırlmasına xidmət edir.


Açar sözlər: ,  ,  ,