06.09.2019

Təhsil işçilərinin sentyabr konfransı keçirilib

Sentyabrın 5-də Gəncə şəhər, Göygöl və Kəlbəcər rayon təhsil işçilərinin sentyabr konfransı keçirilib.

Gəncə Şəhər Heydər Əliyev Mərkəzində keçirilən sentyabr konfransında Təhsil İnstitunun direktoru Emin Əmrullayev,  Gəncə şəhər Təhsil İdarəsi, Göygöl və Kəlbəcər rayon Təhsil Şöbələrinin rəhbərləri, ümumi təhsil müəssisələrinin rəhbərləri, müəllimlər və praktik psixoloqlar iştirak ediblər.

Əvvəlcə konfrans iştirakçıları ulu öndər Heydər Əliyevin mərkəzin qarşısında ucaldılmış abidəsini ziyarət edib, abidənin önünə gül dəstələri düzüblər.

Konfrans Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

                Hər üç rayonun təhsil idarə və şöbələrinin müdirləri 2018-2019-cu dərs ilinin yekunları və qarşıdan duran vəzifələr mövzusunda hesabatla çıxış ediblər.

Daha sonra Təhsil İnstitunun direktoru Emin Əmrullayev hesabatlara öz münasibətini bildirib. Emin Əmrullayev son dövrlər təhsildə qazanılan nailiyyətlər, əsaslı dəyişikliklər və həlli vacib məsələlər barədə danışaraq, tədrisin inkişafının bütün təhsil işçiləri üçün əsas məqsəd olduğunu bildirib. Həmçinin E.Əmrullayev öz çıxışında bölgələrdə yeni açılması nəzərdə tutulan lisey siniflər barədə geniş məlumat verib.

Emin Əmrullayev 2019-2020-ci tədris ilində görüləcək işlərlə bağlı təhsil işçilərinə tövsiyələrini verib, hər birinə uğurlar arzulayıb.

Sonda konfrans iştirakçılarının rəy, təklif və sorğuları dinlənilib və cavablandırılıb.


Açar sözlər: ,